Professor Niyazi Mehdi vəfat edib

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

Niyazi Mehdi ilə vida mərasimi bu gün saat 2-də Göy məsciddə olacaq.

O, Bakı şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Niyazi Mehdi bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, əməliyyat olunmuşdu.

Xatırladaq ki, o, 1951-ci ildə Bakı şəhərində anadan olub. O, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1973–1976-cı illərdə isə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.

Allah rəhmət eləsin.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.