Bakı Slavyan Universitetinin professoru Rəhilə Quliyeva vəfat edib.
AzPost bildirir ki, bu barədə BSU-dan məlumat verilib.
Universitet Elmi Şurasının üzvü, filologiya elmləri doktoru, professor Rəhilə Quliyeva 78 yaşında dünyasını dəyişib.
“Son üç il ərzində BSU-nun Dissertasiya Şurasına şərəflə sədrlik etmiş Rəhilə Quliyeva onlarla iddiaçının müdafiəsi prosesini ədalətli və şəffaf şəkildə təşkil edib. Rəhilə xanım həyatının son gününədək auditoriyada olmuş, ölümündən bir gün öncə magistratura səviyyəsində dərs aparmış, növbəti gün dissertasiya şurasının iclasını planlaşdırmışdı”.
Allah rəhmət eləsin!
