Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə təqsirləndirilən erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslər – Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin hər ikisinin 20 ilazadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirlilən şəxslərin cəzasının 10 ilini həbsxanada, 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi istənilib.
Prokurorun çıxışından sonra zərərçəkən şəxslər ifadə verərək təqsirləndirilənlərin ömürlük azadlıqdan məhrum edilmələrini istəyiblər.
Proses avqustun 2-də davam etdiriləcək. (APA)