Prokuror “Krokus” işi üzrə 15 nəfərə ömürlük həbs cəzası istəyib

Crocus City Hall konsert zalında baş verən terror aktında birbaşa məsul olanlar üçün xüsusi təhlükəsizlik müəssisəsində ömürlük həbs cəzası tələb edib.

Azpost.info Rusiya mediasına istinadən bildirir ki, bu barədə Moskva Şəhər Məhkəməsində keçirilən məhkəmə prosesində dövlət ittihamçısı, zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Daniel Qotye deyib.

Şəmsəddin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidakram Raçabolizoda terror aktları törətmək üçün təlim keçməkdə, qanunsuz silah saxlama və satmada, terrorçu qruplaşmada iştirak və terror aktı törətməkdə ittiham olunurlar.

Prokuror həmçinin istintaqın terrorçuların əlbirləri kimi təsnif etdiyi digər 11 təqsirləndirilən şəxsə ömürlük həbs cəzası istəyib. Qalan dörd nəfər üçün isə 19 il 11 aydan 22 il 10 aya qədər cəza təklif edib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.