Prokurorluq bəraət alaraq azadlığa çıxan lift idarəsinin rəisi ilə bağlı protest verib

Prokurorluq “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.

Protest Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.

Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclasmayın 18-ə təyin edilib.

Qeyd edək ki, “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

Sonrakı məqalə

“Taxt Oyunları” serialının yeni bölümündən ilk görüntülər paylaşılıb –