“Taxt Oyunları” serialının yeni bölümündən ilk görüntülər paylaşılıb –FOTO

Sosial şəbəkələrdə “Game of Thrones” (“Taxt -tac Oyunları”) serialının prikveli olan “House of the Dragon”dan (“Əjdaha Evi”)  ilk görüntülər paylaşılıb.

Bununla bağlı foto layihənin “Twitter” hesabında dərc olunub.

Ümumilikdə üç şəkil paylaşılıb. Kadrlarda Reynira və Deymon Tarqarien, Korlis Velarion (“Dəniz ilanı”), həmçinin Alisenta və Otto Haytauerlər əks olunub.

Qeyd edək ki, “House of the Dragon”un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri “Game of Thrones” hadisələrindən 300 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vestorasda hakimiyyət dövrünü göstərəcək.

Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir.

O da vurğulanır ki, “Game of Thrones”un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin “Alov və qan” kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokurorluq bəraət alaraq azadlığa çıxan lift idarəsinin rəisi ilə bağlı protest verib

Sonrakı məqalə

İrəvan keçmiş baş qərargah rəisinin məxfi çıxışını açıqlamaqdan imtina edir