Prokurorluq Fransanın sabiq baş nazirinə qarşı araşdırmaya başlayıb

Fransanın sabiq baş naziri, Le Havre şəhərinin meri Eduard Filip və meriyanın digər vəzifəli şəxsləri ilə bağlı qarşı ilkin araşdırma başlayıb.

Fransa maliyyə prokurorluğu Le Havre şəhərinin merinə, merin innovasiyalar üzrə müavininə, rəqəmsal və icma müşavirinə, eləcə də şəhər icma xidmələrinin baş direktoruna qarşı tərəfkeşlik, dövlət vəsaitlərinin mənimsənilməsi, mənəvi təzyiq maddələri ilə istintaq işi açıb. Meriyada və şəhər icmasının qərargahında axtarışlar aparılıb.

İstintaqa şəhər icmasının sabiq baş direktor müavininin şikayətindən sonra başlanılıb. Meriyada potensial maraqlar toqquşmasına dair şübhələr olduğu bildirilir. Şikayətçi öz vəzifələrini yerinə yetirərkən E.Filipə göndərdiyi qeydlərdə büdcənin çətin vəziyyəti barədə məlumat verməsindən sonra rəhbərliyinin təzyiqinə məruz qaldığını iddia edir.

Bu qalmaqal Fransada 2027-ci il prezident seçkilərində namizədliyinin irəli sürməyə hazırlaşdığını açıq şəkildə bildirən E.Filipi çətin vəziyyətə sala bilər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.