Türkiyədə NATO XİN başçılarının toplantısı keçiriləcək

NATO 2025-ci ildə Türkiyədə Alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısını keçirəcək.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidana deyib.

Onun sözlərinə görə, təşəbbüs Ankaradan gəlib.

“Biz belə bir görüşün keçirilməsini təklif etdik. 2025-ci ildə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının Türkiyədə keçirilməsi qərara alındı”, – Fidan bildirib.

Nazir ölkəsinin Alyansın fəaliyyətinə verdiyi töhfəni də xatırladıb: “Türkiyə 72 ildir blokun mühüm üzvü olaraq qalıb və bütün bu müddət ərzində NATO-nun işlərinə töhfə verib. Türkiyə silahlı qüvvələri müttəfiqlik missiyalarında da fəal iştirak edir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.