Prokurorluq Lənkəranda iki nəfərin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu yollarda sıxlıq yaranıb –

Sonrakı məqalə

Ceyhun Bayramov Səudiyyə Krallığının investisiya naziri ilə görüşüb