Prokurorluq Sumqayıtda baş verən qətllə bağlı məlumat yaydı

Yanvarın 17-də saat 07 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək

Sonrakı məqalə

Ukraynada koronavirusdan ölənlərin sayı 20 min 984 nəfərə çatıb