Prokurorluq sərhədçi zabitlə bağlı məhkəmə qərarından şikayət verib

xəbərdarlıq edilib
xəbərdarlıq edilib

Cəlilabad Hərbi Məhkəməsi bir sıra cinayətlərdə ittiham olunan sabiq zastava rəisi barədə verilən qərar və Hərbi Prokurorluğun şikayətinə münasibət bildirib.

Cəlilabad Hərbi Məhkəməsindən APA-ya bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Səfəralıyev Mahmud Hikmət oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

“Qəbul edilmiş həmin qərarın iş üzrə yekun məhkəmə qərarı olmadığı, prosessual məcburiyyət tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılarkən şəxsin təqsirlilik məsələsinin həll olunmadığı nəzərə alınmalıdır”, məlumatda deyilir.

 

Qeyd edək ki, Biləsuvarda əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsində qərar verilib.

Cəlilabad Hərbi Məhkəməsinin qərarına əsasən, onunla bağlı həbs qətimkan təqdbirinin seçilməsi barədə Hərbi Prokurorluğun təqdimatı təmin edilməyib.

İttihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb. H.H. bu il noyabrın 15-də intihar edib.

Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.

Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.

Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.