Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Psixoloq: Qışda yeni təəssüratlar motivasiyanı artırır

Orkhan Ali 19 Dekabr 2025 - 14:00 (Last updated: 19 Dekabr 2025 - 10:56)
gezmek

Psixoloq qış aylarında yeni təəssüratların motivasiyaya təsirindən danışıb. AzPost bildirir ki, mütəxəssis Rodion Çepalovun sözlərinə görə, qış dövründə əldə olunan yeni təcrübələr insanın enerjisini artırmaq və ruh düşkünlüyünü azaltmaq baxımından olduqca təsirlidir. O qeyd edib ki, yenilik hissi beyində dopamin sistemini aktivləşdirir və motivasiyanın yüksəlməsinə səbəb olur. Mütəxəssisə görə, bu proses mövsümi monotonluq hissini zəiflədir və psixoloji durğunluğun qarşısını alır.

Psixoloq vurğulayıb ki, böyük dəyişikliklərə ehtiyac yoxdur, bəzən gündəlik marşrutun dəyişdirilməsi və ya fərqli fəaliyyət belə kifayət edir. Yeni görüntülər, işıq, qoxular və sosial ünsiyyət beyin üçün “mikro-yenilənmə” effekti yaradır. Bu da qış aylarında tez-tez rast gəlinən yorğunluq və laqeydliyi kompensasiya edir.

Rodion Çepalov bildirib ki, insanlar qısa səyahətdən və ya sərgi ziyarətindən sonra işlərinə daha həvəslə qayıdırlar. Onun sözlərinə görə, bu hal insanın özünü yenidən başlamağa hazır hiss etməsinə şərait yaradır. Psixoloq əlavə edib ki, idman sahəsində də bu üsul məqsədli şəkildə tətbiq olunur. Qış təlim-məşq toplanışları, yeni marşrutlar və məşq formatlarının dəyişdirilməsi idmançıların adaptasiya durğunluğundan çıxmasına kömək edir.

Mütəxəssis hesab edir ki, qış mövsümündə motivasiyanı qorumaq üçün yeni təəssüratlar psixoloji sağlamlığın vacib açarlarından biridir.

AzPost.az

Post navigation

Previous: Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Next: Tarixi abidələrlə bağlı da cərimələr sərtləşdirilir

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.