Fransa çempionu PSJ Gürcüstan millisinin və İtaliyanın “Napoli” klubunun hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.
Azpost.info-nun məlumatına görə, “Corriere dello Sport” xəbər verir ki, Paris klubu 23 yaşlı futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır.
“Napoli” Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir, lakin gürcü futbolçu klubu dəyişmək niyyətindədir.
Forvardın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Transfermarkt Kvaratsxeliyanın transfer dəyərini 80 milyon avro qiymətləndirir.