Pul oğurlayıb özünə toy elədi, həbs olundu

Rusiyanın Tümen şəhərində toy günü gözlənilməz hadisə baş verib.

AzPost xəbər verir ki, bəy nikah mərasiminə az qalmış polis tərəfindən saxlanılıb.

Məlumata görə, otuz iki yaşlı kişi toy xərclərini qarşılamaq üçün bir gün əvvəl oğurluq edib. O, bir iş yerindən yüz otuz min rubldan çox pul götürərək gizlənib.

Pulun bir hissəsini geyim almağa, qalanını isə toy süfrəsi üçün ərzaq və spirtli içkilərə xərcləyib. Lakin oğurluq təhlükəsizlik kameralarına düşüb və polis qısa müddətdə onu taparaq saxlayıb.

Bəy nikah evinin qarşısında polislər tərəfindən tutulub. Onun barəsində cinayət işi başlanıb və ölkədən çıxışına qadağa qoyulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.