“Pul yoxdursa, qaz da yoxdur” –Peskov Avropanın qərarına cavab verdi

“Avropa İttifaqı mavi yanacağın qiymətini rublla ödəməkdən imtina edərsə, Rusiya qazı verməyəcək”.

RİA- Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz xeyriyyəçiliklə məşğul deyilik. Qazı Avropaya pulsuz vermək niyyətimiz yoxdur”, – deyə Peskov PBS telekanalına müsahibəsində deyib.
Aparıcının qazın pulunu ödəməyənlər üçün yanacağın kəsilib-kəsilməyəcəyi ilə bağlı sualına isə Peskov “ödəniş yoxdursa qaz da yoxdur” cavabını verib.
Eyni zamanda o, qazın pulunu rublla ödəməkdən imtinaya necə reaksiya veriləcəyi ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.