Pulun varsa, Amerikaya xoş gəldin- “Qızıl Kart” satışı start götürür

ABŞ
ABŞ

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə sərmayə yatırmaqla daimi yaşayış icazəsi əldə etmək istəyən əcnəbilər üçün yeni təşəbbüsə start verir. AzPost xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət naziri Hovard Latnik Vaşinqtonda keçirilən Axios tədbirində məlumat verib.

Nazirin sözlərinə görə, yaxın bir həftə ərzində trumpcard.gov adlı internet platforması istifadəyə veriləcək. Bu sayt vasitəsilə maraqlı şəxslər qeydiyyatdan keçə və 5 milyon dollar dəyərində “qızıl kart” almağa hazır olduqlarını təsdiqləyə biləcəklər.

Latnik bildirib ki, proqramın əsas məqsədi ölkənin dövlət borcunu azaltmaq və iqtisadiyyata əlavə investisiya cəlb etməkdir. ABŞ administrasiyası bu layihə ilə varlı beynəlxalq investorların diqqətini cəlb etməyi və maliyyə axınını stimullaşdırmağı hədəfləyir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl sərmayə qoyuluşu müqabilində yaşayış icazəsi verən nümunə “qızıl kart”ı təqdim edərək təşəbbüsü ictimaiyyətə açıqlamışdı. Onun sözlərinə görə, layihə ölkənin maliyyə ehtiyaclarını qarşılamaq və iqtisadi artımı sürətləndirmək üçün beynəlxalq biznes elitasının sərmayəsini cəlb etməyi nəzərdə tutur.

ABŞ administrasiyasının immiqrasiya siyasətində monetizasiya yanaşması kimi qiymətləndirilən bu təşəbbüs, dövlətin maliyyə öhdəliklərini yerinə yetirmək üçün əlavə resurslar toplamaq məqsədi daşıyır.

Proqramın rəsmi işə salınma tarixi və qeydiyyat şərtləri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.