Pulunuzu inflyasiyadan necə qorumalı?– İqtisadçılardan 3 vacib məsləhət

neft
neft

Son illərdə qlobal bazarlarda baş verən iqtisadi dalğalanmalar və qiymət artımları hər birimizin cibinə birbaşa təsir edir. Bir çoxları elə düşünür ki, pulu nağd şəkildə və ya evdə saxlamaq ən təhlükəsiz yoldur. Lakin iqtisadçıların ortaq bir rəyi var: “Hərəkətsiz qalan pul hər gün dəyər itirir”. Bəs inflyasiya basqısı altında yığımlarımızı necə qorumalı və pulların “əriməsinin” qarşısını necə almalı yıq?

Maliyyə savadlılığı sadəcə pul qazanmaq deyil, həm də onu idarə edə bilmək sənətidir.

Azpost.info pullarınızı qorumağın 3 qızıl qaydasını təqdim edir.

Diversifikasiya: “Bütün yumurtaları eyni səbətə yığmayın”

Maliyyə dünyasının ən fundamental qaydası budur. Əgər bütün yığımlarınız sadəcə bir valyutada (məsələn, manat və ya dollar) nağd şəkildə qalırsa, siz risk altındasınız.

Valyuta səbəti: Yığımlarınızı ən azı iki və ya üç stabil valyuta arasında bölün.

Aktivlərin bölüşdürülməsi: Pulların bir hissəsini daşınmaz əmlaka, bir hissəsini qızıla, digər hissəsini isə likvid (tez nağdlaşdırıla bilən) alətlərə yatırmaq risklərinizi minimuma endirir.

Qızıl: Əsrlərin sınağından çıxmış “təhlükəsiz liman”

Dünyada nə qədər iqtisadi böhran, müharibə və ya siyasi qeyri-sabitsizlik olursa-olsun, qızıl öz dəyərini həmişə qoruyur. İnflyasiyanın yüksək olduğu dövrlərdə kağız pullar dəyərdən düşsə də, qızıl uzunmüddətli perspektivdə investorların ən etibarlı sığınacağı olaraq qalır.

Mütəxəssis tövsiyəsi:

Qızılı zərgərlik əşyası kimi yox, investisiya profilində (külçə və ya xüsusi sikkələr) almaq daha sərfəlidir. Çünki zərgərlik məmulatını satarkən usta əl haqqı və işlənmə dəyəri silinir, bu isə ziyandır.

Depozit hesabı: Risk etmək istəməyənlər üçün

Əgər investisiya bazarları (səhmlər, kriptovalyutalar) sizə mürəkkəb və riskli görünürsə, ən sadə və qanuni yol pulları etibarlı banklarda depozit şəklində saxlamaqdır. Bu, inflyasiyanı tam qabaqlamasa da, ən azından pulun dəyərsizləşmə sürətini əhəmiyyətli dərəcədə azaldır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.