Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsini şərh edib.
Azpost.info bildirir ki, Conson videomüraciətində deyib ki, müsahibə bütün dünyada izlənilir.
Bununla belə, Putinə etibar etmək olmaz: “Bütün dünyada insanlar Karlsonla Putinin bu mənasız müsahibəsini izləyir. Biz Ukraynada uğur qazanmağa yönəlmiş bu yalanların təsirinə düşməməliyik. O, uduzur”.