Putin qarşı hər hansı hücüm Rusiyaya qarşı təcavüz deməkdir.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) Rusiya Prezidenti Vladimir Putinin barəsində həbs orderi çıxarmasına münasibət bildirərkən deyib.
“Rusiya Federasiyasının prezidentinə hər hansı hücumu ölkəmizə qarşı təcavüz kimi qiymətləndiririk”, deyə Volodin qeyd edib.