“Putinə etibar yoxdur, ABŞ taxılla bağlı “B” planı hazırlayır”- USAID-in rəhbəri

 “Rusiyanın Odessa limanına zərbəsi fonunda Vaşinqton Ukraynadan taxıl ixracı üçün Kiyevlə birgə “B planı” hazırlamağa başlayıb”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer deyib.

“B Planı”na taxılın avtomobil, dəmir yolu və çay nəqliyyatı ilə göndərilməsi və ixracın sürətli olması üçün dəmiryol sistemlərinin Avropaya daha yaxşı uyğunlaşdırılması üçün tənzimləmə daxildir”, – Pauer bildirib.

Onun sözlərinə görə, gözlənilməz hallar üçün alternativ yollara ehtiyac var. Çünki Rusiya prezidenti Vladimir Putinin dediklərinə etibar etmək olmaz.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.