“Putinə qarşı şəxsi təhqirlər davam edir, bu yolverilməzdir” –Kremldən açıqlama

“Rusiya Prezidentinə qarşı şəxsi təhqirlər davam edir. Bu, pisdir. Biz bunu qəbuledilməz hesab edirik”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi təhqirləri ABŞ Prezidenti Co Baydenə yaraşdırmadıqlarını vurğulayıb.

Kreml sözçüsü ABŞ daxilindəki ziddiyyətlərə də diqqət şəkib: “Prezident Bayden nəyisə müharibə cinayəti adlandıranda, Pentaqon belə bir nəticəyə gəlməyə imkan verəcək dəqiq məlumatlara malik olmadığını bəyan edir. Biz sadəcə olaraq bu faktları qeyd edirik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.