Putin:“Üçtərəfli razılaşmaların icrası regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir”

“2020 və 2021-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl icrası Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verir”.

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi təbrikdə deyilir.

Putin qeyd edib ki, Rusiya ilə Ermənistan arasında mənalı siyasi dialoq davam etdirilir, ticarət-iqtisadi, elmi-texniki, humanitar və bir çox digər sahələrdə səmərəli əməkdaşlıq inkişaf edir.

“Report”

Əvvəlki məqalə

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıdakı partlayışla bağlı paylaşım edib

Sonrakı məqalə

Baş Prokurorluq: