Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putin 9 Mayın qələbə hədiyyəsi olacağına ümid edirdi” –

User 08 May 2022 - 16:28 (Last updated: 21 May 2025 - 20:15)
putin fsb

Bazar ertəsi, mayın 9-da Rusiya Moskvanın Qırmızı Meydanında Qələbə Gününü möhtəşəm hərbi parad və aviaşou ilə qeyd edəcək.

“Vladimir Putin ola bilsin ki, Sovet İttifaqının 1945-ci ildə nasist Almaniyası üzərində Qələbə Günündən rus xalqına özünün Ukrayna üzərində qələbəsini hədiyyə etmək üçün istifadə edəcəyinə ümid edirdi. Lakin Ukraynaya qarşı müharibə Moskvanın planlaşdırıldığı kimi getmədi”.

Azpost.info bildirir ki, bu barədə hərbi təhlilçi, nufuzlu London Kral Kollecinin müdafiə araşdırmaları üzrə professoru Maykl Klark  yazıb.

Onun sözlərinə görə, sabah Rusiya lideri bu müharibənin hazırkı nəticələrini necə qələmə verəcəyindən asılı olmayaraq, bir məsələ aydındır: bu elə bir müharibədir ki, Rusiya onu heç bir ağlabatan mənada uda bilməz.

“İki ay ərzində Kreml sürətlə A planından B planına və sonra isə C planına keçib. İndi hətta ruslar Donbası və bütün cənubu işğal etsələr belə, onlar həmin əraziləri sonu bəlli olmayan müddət ərzində idarə etməli olacaqlar. Bu ərazidə isə Rusiya işğalçılarının orada olmasını istəməyən milyonlarla ukraynalı yaşayır. Odur ki, Putinin bu yolu “zalımcasına davam etməkdən” başqa, elə bir ağlabatan seçimi yoxdur“-, britaniyalı ekspert hesab edir.

Klarkın fikrincə, Vladimir Putin üçün geriyə yol yoxdur: “Onun yeganə siyasi strategiyası Ukraynadakı müharibəyə fərqli bir don geydirməkdən ibarət ola bilər. Putin bu müharibəni Rusiyanı məhv etmək şansından ləzzət alan Qərb “nasistləri” və “imperialistləri” ilə Rusiyanın ölüm-dirim mübarizəsinin bir hissəsi kimi təqdim etməyə çalışa bilər. Elə bu səbəbdəndir ki, Ukraynaya hücumu Rusiyanın Avropanın qalan hissəsi ilə “Böyük Vətən Müharibəsi 2.0” kimi təqdim edilməsi təhlükəli ideyasını ortaya atmaq Putinin maraqlarına cavab verir.

Yəqin ki, mayın 9-da Qələbə Günündə bu haqda daha çox eşidəcəyik”.

Post navigation

Previous: COVID-19 virusunun izi xəstələrin 10 faizində bir ilədək qalır –
Next: Azneft dairəsindən “Abşeron Mariott”-a qədər hərəkət məhdudlaşdırılacaq

Oxşar xəbərlər

Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33

xƏBƏR

Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Avropa noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşdə iştirak edə bilməyəcək. Bunu Rusiya prezidentinin...
Read more about Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.