“Putin ABŞ-ı lazımi səviyyədə qiymətləndirmir”- Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru

“Prezident Vladimir Putin Rusiya ilə müharibədə ABŞ-ın Ukraynanı dəstəkləmək qərarını lazımi səviyyədə qiymətləndirmir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti hesab edir ki, amerikalılarda diqqət çatışmazlığı sindromu var və buna görə də onlar zamanla başqa məsələyə keçid edəcəklər.

Börns bildirib ki, Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkin noyabrdakı görüş zamanı nümayiş etdirdiyi mövqe ilə ona Putinin nə düşündüyünü çatdırıb. Narışkinin sözlərindən belə çıxıb ki, Putin zamanın onun xeyrinə işləyəcəyinə, həmçinin ukraynalılara xor baxa biləcəyini və Kiyevin avropalı müttəfiqlərinin gücünü tükəndirə biləcəyinə inanır.

MKİ direktorunun sözlərinə görə, bu, olduqca kədərli söhbət idi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.