Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Avropa dövlətlərini Hitlerlə əlbir olmaqda ittiham edib –

User 18 Yanvar 2023 - 18:13 (Last updated: 21 May 2025 - 20:15)
PUTİN

Leninqradın blokadasında bir çox Avropa ölkələrinin əsgərləri cinayət törədiblər.

Bunu Rusiya Prezidenti Vladimir Putin Leninqrad blokadasının yarılmasının 80 illiyi münasibətilə veteranlarla görüşündə deyib.

“İkinci Dünya Müharibəsi illərində dinc əhali arasında böyük itkilərlə nəticələnən Leninqrad blokadasında faşist Almaniyasının qoşunları ilə yanaşı, bir çox Avropa ölkəsinin silahlı birləşmələri də iştirak edirdi. Rusiyada müəyyən tolerantlıq səbəbindən, həm də bir çox ölkələrlə ikitərəfli münasibətlərin fonunu pozmamaq üçün bu barədə danışmamağa çalışıblar, amma fakt faktlığında qalır”, – deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, ölkəsi Böyük Vətən müharibəsi illərində bir çox Avropa dövlətlərinin nümayəndələrinin işğalı ilə ilk dəfə qarşılaşmayıb: “Bəli, düzdür, Lev Tolstoyu açıb “Hərb və Sülh”ü oxumaq kifayətdir. O, deyəndə ki, fransız ordusu Napoleonun rəhbərliyi altında gəlib, bu, bütün Avropa demək idi, çünki o vaxta qədər Bonapart bütün kontinental Avropanı nəzarəti altına almışdı. Tolstoy hamısını təsvir edir. Eyni şey 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı da baş verib. Hitler də əslində bütün kontinental Avropanı nəzarət altına almışdı və Leninqrad cəbhəsində blokadada Avropa ölkələrinin çoxlu nümayəndələri iştirak edib və cinayətlər törədiblər”, – deyə Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, əvvəllər müəyyən tolerantlıq səbəbindən, həmçinin bir çox ölkələrlə ikitərəfli münasibətlərin fonunu pozmamaq üçün Rusiya bu barədə danışmamağa çalışıb: “Amma fakt budur ki, Böyük Vətən müharibəsinin bütün cəbhələrində sovet xalqına qarşı bir çox Avropa ölkələrinin nümayəndələri vuruşmuşlar”. (APA)

Post navigation

Previous: “Kiyevə döyüş tanklarının göndərilməsi ilə bağlı məsləhətləşmələr aparılır”
Next: Kiyevdə vertolyot qəzasının qurbanları ilə bağlı rəsmi məlumat

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.