Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfərinə gedəcək.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, – məlumatda deyilir.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Azpost.info