Putin Bakıya nümayəndə heyəti göndərir

Putin Bakıya nümayəndə heyəti göndərir.
AzPost-un məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbə – VÇK-OQPU telegram kanalı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdəki problemləri aradan qaldırmaq istəyir.
“Hazırda Moskvada iki ölkə arasında münaqişənin həllinə cəhd etmək məqsədi ilə Bakıya gedəcək nümayəndə heyəti formalaşıdırılır. Putin şəxsi mesajı çatdıracaq və həbs olunanların “mübadiləsi” təklifi verilə bilər”, – məlumatda deyilir.
VÇK-OQPU-nun məlumatına görə, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı və indiki Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov başçılıq edə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.