ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər o olmasaydı Rusiyanın başına çox pis hadisələr gələrdi.
AzPost bildirir ki, Tramp bu barədə özünün Truth sosial şəbəkəsində yazıb.
“Vladimir Putin başa düşmür ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox pis şeylər gələrdi. Mən HƏQİQƏTƏN PİSİ nəzərdə tuturam. “O, odla oynayır!” -deyə Tramp yazıb.
Bir müddət əvvəl Amerika lideri Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutmasına cavab olaraq Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən narazı olduğunu bildirmişdi.
“Putinlə nə baş verdiyini bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə anlaşmışıq. Amma o, şəhərlərə raketlər atır və insanları öldürür. Bu, mənim xoşuma gəlmir. Mən Putinin etdiklərini bəyənmirəm. O, insanları öldürür. Bu adama nəsə olub, mənim də xoşum gəlmir. Biz danışırıq, o, isə başqa şəhərlərə raket atır”.