“Putin belə davam edə bilməyəcəyini başa düşməlidir”- Almaniya kansleri

“Bizim məqsədimiz Rusiyanın təcavüzkar müharibəsini dayandırması və Ukraynanın öz bütövlüyünü müdafiə etməsidir”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“Moskva belə davam edə bilməyəcəyini başa düşməlidir. Putin müharibəni dayandırmalı, qoşunları çıxarmalı və bununla da qarşılıqlı anlaşma imkanı yaratmalıdır”, – Şolts bildirib.

O, Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqları mümkün sayır: “Danışmaq lazım gələcək. Bunun telefonla, vidozənglə və ya uzun masa arxasında baş verəcəyini hələ ki bilmirik”.

Şolts onu da qeyd edib ki, nə bu, nə də gələn qış Almaniyada qaz böhranı gözləyir: “Artıq başlamış hökumət dəstəyi tədbirləri çərçivəsində ayrılan vəsaitin bu və gələn qışda yüksək qiymətləri yumşaldacağını gözləyirik”.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda qətl hadisəsi törədilib

Sonrakı məqalə

Rusiya və Misir XİN başçıları telefonla danışıb