Putin Belarusun daxili işlərinə qarışmağın yolverilməz olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı V. Putin Belarusun daxili işlərinə qarışmağın və Minskə təzyiq göstərməyin yolverilməz olduğunu fransalı həmkarının diqqətinə çatdırıb.

Rusiya və Fransa liderləri yaranmış problemin tezliklə tənzimlənməsində maraqlı olduqlarını vurğulayıblar.

Qeyd olunub ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü əsasında baş tutub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulub

Sonrakı məqalə

Şarl Mişel və Vladimir Putin Belarusdakı vəziyyəti müzakirə edib