“Aleksey Navalnının hazırladığı videoda iddia etdiyi saray Putinin deyil. Bu saray Putinin yaxşı tanıdığı bir qrup varlı adama məxsusdur. Bu varlılar 2005-ci ildə Putin istefaya gedəndən sonra yaşaması üçün bu binanı tikiblər. Amma Putin bu hədiyyəni qəbul etməkdən imtina edib”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Putin həm də ona görə imtina edib ki, binanını tikən tikinti şirkətləri arasında heç də hamısı tanıdığı adamlar olmayıb. Bu sırada anlaşılmaz şəxslər olub və onlar Putinin dostlarının şirkətinə pul qoymaqla bu dəstəyə daxil olmaq istəyiblər: “Putin həm də başa düşüb ki, bu özəl sarayı qəbul etsə qərb tərəfdaşları onu istefasından sonra rahat buraxmayacaqlar”.
Onun sözlərinə görə, hələ 10 il əvvəl-2011-ci ildə bu saray barədə müxalifət dairələri yazıblar və etiraf ediblər ki, sarayın Putinə məxsusluğu barədə heç bir fakt yoxdur: “Putin bu saraydan imtina edib. Odur ki, indi bu saray sahibsizdir. Bəs nə üçün Navalnı, daha doğrusu NATO-nun xüsusi xidmətləri sarayla bağlı artıq bu iylənmiş əhvalatı indi ortaya çıxarıblar? Rusiyaya qarşı mübarizənin yeni mərhələsi başlanıb. Yeni “Rus Maydanı” hazırılığı gedir. Bu Putinə qarşı fərdi hucumdur və 2020-ci ildən başlanıb. Guya Navalnının Putinin şəxsi əmri ilə zəhərləndiyi yalanı ilə…İndi də davam edir. Bu hucumu təşkil edənlər Ukraynada Yanukoviçi uğurla devirə bilmiş strukturlardır. Onlar bilirlər ki, Yanukoviçin qızıl unitazı barədə əfsanə onlara necə kömək edib. İndi bunu “Putinin sarayı” ilə əvəz ediblər”.
Qeyd edək ki, müxalifətçi Aleksey Navalnı Qara dəniz sahilində Putinə məxsus olduğunu iddia etdiyi nəhəng saray kompleksi ilə bağlı araşdırma aparıb. Bu video araşdırma böyük rezonans doğurub.