Putin Kremldə Ramzan Kadırovla görüşdü- Çeçen döyüşçülərinə təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan lideri Ramzan Kadırovla görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin və Kadırov xüsusi hərbi əməliyyatı, regionun sosial-iqtisadi inkişafını və ötən ilin yekunlarını müzakirə ediblər.

“Çeçenistan rəhbəri Ramzan Kadırov da hesabat məruzəsi ilə çıxış edib. Onlar Çeçenistanın işlərini, sosial-iqtisadi inkişaf məsələlərini, xüsusi hərbi əməliyyat nəzərə alınmaqla ötən ilin nəticələrini, Rusiya regionlarının rəhbərləri ilə dialoqun davam etdirilməsi üçün ənənəvi mövzular toplusunu müzakirə ediblər”, – Peskov qeyd edib.

“Çeçenistan döyüşçüləri hərbi əməliyyatı zonasında uğurla xidmət edir. Biz sizin bütün əmrlərinizi yerinə yetiririk və sona qədər getmək niyyətindəyik”, – Kadırov Putinə bildirib.

Onun sözlərinə görə, Çeçenistan sakinləri xüsusi əməliyyatın keçirilməsini tam dəstəkləyir və onun məqsəd və vəzifələrinin həyata keçirilməsini zəruri hesab edirlər.

Putin isə öz növbəsində çeçen döyüşçülərinə təşəkkür etdiyini bildirib: “Onların hərbi əməliyyat zonasında necə döyüşdüyünü görürəm, çox sağ olun”.

Azpost.info

Əvvəlki məqalə

Suraxanı məhkəməsi onu ölmüş elan etdi, DTX tutub gətirdi

Sonrakı məqalə

Şolts Berlində Netanyahu ilə görüşəcək