Putin bu il parlamentə müraciət etməyəcək

Prezident Putin bu il Federal Məclisə müraciət etməyəcək.

AzPost bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov “Vedomosti”yə bildirib ki, Rusiya prezidenti 2025-ci ildə Federal Məclisə müraciət etməyəcək. O, bunun Putinin qərarı olduğunu bildirib.  Mətbuat katibi bildirib ki, bu, dövlət başçısının qərarıdır. “Hər şey vaxtında baş verəcək”.

Prezident administrasiyasına yaxın mənbələrindən biri Putinin müraciətə hazırlıq işlərinə 2026-cı ilin sentyabrında keçiriləcək Dövlət Duması seçkiləri ərəfəsində başlaya biləcəyini irəli sürüb. Digər iki mənbə “Vedomosti”yə bildirib ki, Putinin müraciətinin tarixi cəbhədəki vəziyyətdən və ABŞ ilə danışıqlardakı irəliləyişdən asılı olacaq.

Noyabr ayında Faridaily layihəsi Vladimir Putinin illik çıxışını etməyəcəyini bildirib. Jurnalist mənbələrindən birinin məlumatına görə, prezident hazırda daxili problemlərdən daha çox müharibə və ABŞ-ın nüvə təhdidləri ilə məşğuldur”.

Putin bundan əvvəl yalnız bir dəfə – müharibənin ilk ilində, 2022-ci ildə Federal Məclisdə çıxış etməmişdi.

Konstitusiyaya görə, o, bunu hər il etməyə borcludur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.