Putin bu ölkələrin liderlərini Qələbənin ildönümü münasibətilə təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə təbrik məktubu göndərib.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Gürcüstan və Moldova xalqlarını da təbrik edib. O vurğulayıb ki, indiki nəslin əsas vəzifəsi o illərin adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, tarixi təhrif etmək cəhdlərinə qarşı durmaqdır.

“Bu gün atalarımızın və babalarımızın vəsiyyət etdiyi dostluq və qarşılıqlı yardım ənənələrini müqəddəs şəkildə qorumaq, Böyük Vətən Müharibəsi ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasına imkan verməmək bizim mənəvi borcumuzdur”, – təbrik mətnində deyilir.

Putin həmçinin Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə Qələbəyə görə təşəkkür edib, onlara cansağlığı, firavanlıq və uzun ömür arzulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.