Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və ya xarici məhkəmələr tərəfindən digər təqiblər zamanı onların müdafiəsi üçün Rusiya ordusundan istifadəyə icazə verən qanun imzalayıb.
Azpost.info bildirir ki, bu barədə TASS xəbər verir.
Sənədə əsasən, Rusiya prezidenti həmçinin Rusiya Silahlı Qüvvələrinin bölmələrinə Rusiya vətəndaşlarını Rusiyanın iştirakı olmadan yurisdiksiyaya malik xarici və beynəlxalq məhkəmələr tərəfindən təqiblərdən qorumaq üçün göstəriş verə biləcək.
Bundan əlavə, qanunda deyilir ki, dövlət qurumları prezidentin qərarı ilə Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və ya xarici məhkəmələr tərəfindən digər təqiblər zamanı onların müdafiəsi üçün tədbirlər görəcəklər.