Putin bu tarixdən prezidentlik kampaniyasına başlayır

Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi prezidentlik kampaniyasının fəal hissəsi noyabrda “Rusiya” beynəlxalq sərgisində başlayacaq.

Azpost.info xəbər verir ki, sərgi iqtisadiyyatın müxtəlif sahələrində Rusiyanın ən mühüm nailiyyətlərini, ölkənin təsis qurumlarının inkişafının müsbət təcrübəsini və Putinin nailiyyətlərini nümayiş etdirmək məqsədilə keçirilir.

“Kommersant” yazır ki, seçki kampaniyasında əsas ideoloji xətt Rusiyanın və mühafizəkar dəyərlərin konsolidasiyası olacaq. Müharibə yeganə dominant faktora çevrilməyəcək, bu barədə məhz lazım olduğu qədər danışılacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.