Putin Çupriyanı Rusiya FHN-ə müvəqqəti rəhbər təyin edib

Rusiya FHN-in rəhbərinin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan fövqəladə hallar nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunub.

Rusiya Prezidenti Vladimir Putin bu barədə sərəncam imzalayıb.

“Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə nazirin vəzifələrinin müvəqqəti icrası birinci müavin, daxili xidmət general-polkovniki Çupriyan Aleksandr Petroviçə həvalə edilsin”, – deyə sənəddə qeyd olunub.

Sərəncam qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda küçələr dezinfeksiya edilir

Sonrakı məqalə

Ölkədə avqust ayında bu ərzaqlar bahalaşıb –