Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putin elə danışır ki, sanki Ukrayna yoxdur…” –

User 11 May 2022 - 14:42 (Last updated: 21 May 2025 - 20:15)
putin ukr02

“Prezident Vladimir Putinin rəhbərlik etdiyi Rusiya hakimiyyəti bütün ukraynalılara nifrət bəsləyir”.

Azpost.info xəbər verir ki, bunu “Amnesty International” hüquq müdafiə təşkilatının baş katibi Aqnes Kallamar deyib.

“Putin və digər Rusiya liderlərinin Ukrayna xalqına necə məhəl qoymadıqlarını və nifrət etdiklərini göstərən bəyanatlar, şərhlər və çıxışlar var. Ukrayna yoxmuş kimi danışırlar”, – Kallamar bildirib.

Onun sözlərinə görə, bu bəyanatlar ukraynalıların soyqırımı məsələsinə baxılarkən nəzərə alınacaq: “Bu müharibədə istifadə edilən zorakılıq Rusiya rəhbərliyinin yaratdığı zehniyyətə əsaslanır. Zorakılıq hərəkət tərzinə çevrilir, buna göz yumurlar və bəzən hətta onu tərifləyirlər. Nəzarət yoxdur və bu, zorakı davranış üçün şərait yaradır. Bu, cəzasızlıq rejimidir”.

Baş katib bildirib ki, Rusiya qoşunlarının komandanlığının əsgərlərdən işgəncə və öldürmə tələb etməsinə dair əllərində heç bir sübut yoxdur: “Lakin sübutlar var ki, rəhbərlik bu cinayətləri dayandırmır. Ona görə də onlar dönə-dönə təkrarlanır”.

Aqnes Kallamarın sözlərinə görə, bu müharibədə “Amnesty International”ın vəzifəsi Rusiya qoşunlarının Ukraynada törətdiyi cinayətlərin miqyası və növləri barədə dünyaya məlumat verməkdir: “Biz göstərmək istəyirik ki, Rusiyanın təcavüzü təkcə Ukrayna, Avropa və NATO deyil. bütün dünya üçün problemdir”.

Azpost.info

Post navigation

Previous: “Xəstədirlər…Ekstradisiyadan qorxmuram” –
Next: “Ukraynada sülh və atəşkəs hələlik mümkün deyil” –

Oxşar xəbərlər

lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24

xƏBƏR

budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayır. Sabah qanun layihəsi...
Read more about Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.