Putin G20 sammitində iştirak etməyəcək- Onu Lavrov əvəz edəcək

9-10 sentyabrda Yeni Dehlidə keçiriləcək G20 liderlərinin sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modinin ofisindən bildirilib.

Rusiya prezidenti Vladimir Putinin tədbirdə iştirak edə bilməyəcəyi qeyd edilir.

“Prezident Vladimir Putin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirakının qeyri-mümkün olduğunu açıqlayıb və Rusiyanı xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyini açıqlayıb”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.