Putin həbsinə dair qərara görə BRICS sammitinə getməyəcək

Putin
Putin

Rusiya prezidenti Vladimir Putin BRICS Sammitinə getməyəcək.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Putin Brazilyada keçiriləcək BRICS sammitinə videokonfrans vasitəsi ilə qatılacaq.

Uşakov RF prezidentinin sammitə getməməsinin səbəbini Beynəlxalq Cinayət Məhkəməsinin tələbləri kontekstində müəyyən çətinliklərlə əlaqələndirib: “Braziliya prezidentimizin bu iclasda şəxsi iştirak etməsinə imkan verən dəqiq bir mövqe tuta bilməyib”.

Kreml rəsmisi sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyini söyləyib.

Qeyd edib edək ki, Çin lideri Si Cinpin də Braziliyada keçiriləcək BRICS sammitinə qatılmayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.