Putin, İlham Əliyev və Paşinyanın görüşü hazırlanır –KREML AÇIQLAMA VERDİ

Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsinin planlaşdırıldığını təsdiqləyib.

“Bəli, belə bir görüş hazırlanır və videokonfrans formatında keçiriləcək”, – deyə RF prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib.

Daha əvvəl “Rossiya-1” telekanalının verdiyi məlumata görə, gələn həftə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Qarabağda müharibəni dayandırmağa imkan vermiş tarixi üçtərəfli sənədin imzalanmasının ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi istisna edilmir.

Məlumatlı mənbələr “İnterfaks”a bildiriblər ki, videokonfrans formatında tədbirlər gələn həftənin əvvəlinə planlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir