Putin ilk dəfə Kursk vilayətinə səfər edib

Putin bölgənin Ukrayna qoşunlarından azad edilməsindən sonra ilk dəfə Kursk vilayətinə səfər edib.

AzPost bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin yerli könüllülər və rəsmilərlə görüş keçirib, həmçinin tikilməkdə olan Kursk AES-2-yə baş çəkib.

Putin sonuncu dəfə regionda martın ortalarında olub. O zaman rus qoşunları hələ də Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərini sərhədyanı ərazilərdən sıxışdırıb çıxarırdı.

Aprelin sonunda Rusiya Baş Qərargahı Kursk vilayətinin tam azad edildiyi barədə məlumat verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.