Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı, dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkovanı “Qaqarin” ordeni ilə təltif edib.
Azpost.info xəbər verir ki, deputat bu dövlət mükafatına kosmosun tədqiqində əldə etdiyi yüksək nailiyyətlərə görə layiq görülüb.
“Kosmik fəzanın tədqiqində müstəsna xidmətlərinə, kosmosa uçuşun həyata keçirilməsi zamanı göstərdiyi cəsarət və fədakarlığa, fəal ictimai və beynəlxalq fəaliyyətə görə Tereşkova Valentina Vladimirovna Qaqarin ordeni ilə təltif edilsin”, – sənəddə deyilir.
Azpost.info