Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi Əli Əsgər Hacı ilə görüşüb.
Azpost.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, Lavrentiyev Əhmədian vasitəsilə Rusiya lideri Vladimir Putinin mesajını İran prezidenti İbrahim Rəisiyə çatdırıb.
Mesajda dəqiq nə olduğu açıqlanmır. Məlumdur ki, Lavrentyev və Əhmədian Yaxın Şərqdəki mövcud problemləri və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Həmçinin Fələstin-İsrail münaqişəsi fonunda Rusiya və İran arasında əməkdaşlıq məsələsi də gündəmdə olub.
Azpost.info