Putin İranda səfərdədir- Rəisi, Xamenei və Ərdoğanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin İranda səfərdədir.

Azpost.info xəbər verir ki, səfər çərçivəsində Putin İran prezidenti İbrahim Rəisi ilə görüşəcək. Daha sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Liderlər Suriya məsələsini müzakirə edəcək. Danışıqların yekunu üzrə dövlət başçılarının birgə bəyanatı qəbul ediləcək.

Tehrandakı görüş Putinin son üç ildə İran və Türkiyədən olan həmkarları ilə üzbəüz görüşdüyü ilk səfəri olacaq. Rusiya prezidenti iyulun 20-nə keçən gecə Moskvaya qayıdacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.