Putin Konstitusiyaya dəyişiklikləri Dövlət Dumasına təqdim edib

20 Yanvar 2020 - 17:43

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.

RİA “Novosti”nin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya Prezidentinin qanun layihəsinin Dövlət Dumasında baxılmasında təmsilçiləri Konstitusiya Komissiyasının həmsədrləri Andrey Klişas, Pavel Kraşeninnikov və Taliyə Xabriyeva olacaq”, – deyə D. Peskov bildirib.