Putin Kursk vilayətinə müvəqqəti qubernator təyin edib

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının “Yedinaya Rossiya” partiyasından olan deputat Aleksandr Xinşteyni Kremldə qəbul edib.

Qəbul çərçivəsində Putin Xinşteynə Kursk vilayətinin qubernatoru vəzifəsini təklif edib və bildirib ki, Kursk vilayətində böhranın idarə olunması tələb olunur.

Prezidentin fərmanı ilə Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icrası Xinşteynə tapşırılıb.

Qeyd edək ki, Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətinin bir hissəsi bu ilin avqust ayında Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.