Putin Lavrovun davakarlığı barədə zarafat edib

22 Avqust 2021 - 16:01

“Rusiya Xarici İşlər Nazirliyi aktiv hücum mövqeyi tutur, daxili diplomatik xidmətin potensialı çox praqmatik şəkildə işləyir, tam olaraq Rusiyanın milli maraqlarına cavab verir”.

“RİA Novosti” bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya” nın nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, diplomatik departamentin çox fəal, hücum mövqeyi tutması böyük sirr olmayacaq:

“Bəzən hətta onun (Rusiyanın xarici işlər naziri Sergey Lavrovu nəzərdə tutur) müdafiə naziri deyil, xarici işlər naziri olduğunu xatırlatmalı oluram. Əlbəttə ki, diplomatik xidmətimizin nəhəng peşəkar potensialı bu gün reallaşır və əlbəttə ki, çox praqmatik, dəqiq olaraq ölkənin milli maraqları naminə işləyir”.