Putin Lavrovun davakarlığı barədə zarafat edib

“Rusiya Xarici İşlər Nazirliyi aktiv hücum mövqeyi tutur, daxili diplomatik xidmətin potensialı çox praqmatik şəkildə işləyir, tam olaraq Rusiyanın milli maraqlarına cavab verir”.

“RİA Novosti” bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya” nın nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, diplomatik departamentin çox fəal, hücum mövqeyi tutması böyük sirr olmayacaq:

“Bəzən hətta onun (Rusiyanın xarici işlər naziri Sergey Lavrovu nəzərdə tutur) müdafiə naziri deyil, xarici işlər naziri olduğunu xatırlatmalı oluram. Əlbəttə ki, diplomatik xidmətimizin nəhəng peşəkar potensialı bu gün reallaşır və əlbəttə ki, çox praqmatik, dəqiq olaraq ölkənin milli maraqları naminə işləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tarix İnstitutunun əməkdaşı koronavirusdan vəfat edib

Sonrakı məqalə

Azərbaycanda bir gündə COVID-19-a 3 069 nəfər yoluxub-