Putin Makronla dialoqa hazırdır –Kremldən açıqlama

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa hazırdır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır.

“Putin həmişə öz mövqelərini izah etməyə, həmsöhbətləri ilə ətraflı, səmimi və ardıcıl şəkildə dialoqa hazırdır”, – deyə Peskov bildirib.

Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini bildirib

Fransa lideri bu açıqlamanı Aİ ölkələri Ukraynaya 90 milyard avro ayırmaq barədə razılığa gəldikdən sonra verib. O hesab edir ki, qarşıdakı həftələrdə Avropa dövlətləri Rusiya ilə tam hüquqlu dialoqu yenidən başlatmaq üçün yollar və formatlar tapmalıdırlar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.